Misirdə zəvvarlar atəşə tutuldu: 26 ölü, 30 yaralı

Misirdə xristian zəvvarları daşıyan iki avtobus gülləbaran edilib. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu Misirin Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi deyib. Onun sözlərinə görə, hadisə nəticəsində azı 26 nəfər həlak olub, daha 30 nəfər isə yaralanıb. Bəzi mənbələr isə ölənlərin sayının 35-ə çatdığını bildirirlər. Ölənlərin əksəriyyəti uşaqlardır. Avtobusların birində təqribən 40 misirli uşaq olub, digəri isə böyükləri daşıyıb. Hücum edənlər nəqliyat vasitələrini 2 ədəd yolsuzluq avtomobilindən atəşə tutublar. Hücum edənlərin maskalı 10 nəfər olduğu qeyd edilir

DİGƏR XƏBƏRLƏR

Top