Tramp üzr istəyəcəkmi?

Brüsseldə Monteneqro Baş naziri Duşko Markoviçi əli ilə geri itələyən ABŞ Prezidentinin üzr istənilməsi tələb edilir. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, ABŞ Prezidentinin D. Markoviç qarşısında üzr istəməsinə nail olmaq üçün Ağ evin saytında petisiyaya imzaların toplanılmasına başlanılıb. Xatırladaq ki, D. Tramp mayın 25-də NATO-nun yeni mənzil-qərargahına baxış zamanı qarşısında dayanan D. Markoviçi əli ilə sərt geri itələyib. İnsidentin əks olunduğu video tezliklə internetdə geniş yayılaraq bir çox istifadəçinin təəccübünə səbəb olub. Monteneqro və region ölkələrində isə insident böyük rezonans doğurub. İnsidentə münasibət bildirən D.Markoviç qeyd edib ki, baş vermiş hadisəyə önəm verməyib: “Lakin ictimai rezonansla əlaqədar reaksiya vermək məcburiyyətindəyəm. Demək istəyirəm ki, ABŞ Prezidentinin ön sırada olması təbiidir. Bu ona məxsusdur. Monteneqro ABŞ-la dostluq münasibətlərinə sadiq qalır”.

DİGƏR XƏBƏRLƏR

Top