"Milan"ın sabiq futbolçusu komandaya baş məşqçi kimi qayıdıb

Cennaro Qattuzo İtaliyanın "Milan" futbol klubuna qayıdıb. Klubun rəsmi saytının məlumatına görə, 39 yaşlı mütəxəssis gənclər komandasına rəhbərlik edəcək. O, yeni işinin icrasına iyulda başlayacaq.

Qeyd edək ki, Cennaro Qattuzo 2015-2016 mövsümündə "Piza"nı B Seriyasına çıxarıb. Lakin ötən mövsümün sonunda bu komanda yenidən aşağı liqaya enib. Əvvəllər Qattuzo "Palermo"nun, habelə, Yunanıstanın OFİ və İsveçrənin "Syon" klublarının baş məşqçisi olub. Futbolçu kimi isə o, "Milan"da 1999 - 2012-ci illərdə forma geyinib.

DİGƏR XƏBƏRLƏR

Top