“Rusiya sanksiya siyasətimizi yumşaltmağa imkan verə biləcək heç nə etməyib”

Rusiya ötən il ərzində Moskvaya qarşı sanksiya siyasətini yumşaltmağa imkan verə biləcək heç nə etməyib. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk deyib. O qeyd edib ki, G7 ölkələrinin liderlərini Rusiya əleyhinə sanksiyalar üzrə mövqelərini qorumağa çağıracaq. D. Tusk bildirib: “Yaponiyada keçirilmiş son sammitimizdən (G7) bəri Rusiyaya münasibətdə sanksiya siyasətimizi dəyişməyə haqq qazandıracaq heç nə görmədik. Buna görə də G7 lidelərini öz möqvelərini yenidən təsdiq etməyə çağıracam”. Ukraynadakı vəziyyəti şərh edən D. Tusk diqqətə çatdırıb ki, G7 ölkələrinin liderləri bu məsələdə vahid mövqe nümayiş etdirəcəklər: “Ümid edirəm ki, G7 Ukraynadakı münaqişə ilə bağlı həmrəylik nümayiş etdirəcəklər. Biz Ukraynanın ərazi bütövlüyünü və suverenliyini tam dəstəkləyirik. Bu münaqişə yalnız Minsk razılaşmalarının tam yerinə yetirilməsindən sonra mümkündür”.

DİGƏR XƏBƏRLƏR

Top