Avropa Birliyi münaqişə bölgəsində silahlanma yarışmasından narahatdır

Avropa Birliyi (AB) Qarabağ münaqişəsinin həllinin bundan sonra da uzanmasından narahatdır. "Yeniavaz.com"un 1in.am-a istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə verdiyi açıqlamasında Avropa Birliyinin xarici məsələlər üzrə komitəsinin sədri Devid Makkalister deyib: "Münaqişənin həll edilməməsi tərəflər arasında hərbi qarşıdurmanı daha da dərinləşdirib. Hər iki tərəfdə, həm Ermənistanda, həm də Azərbaycanda belə bir fikir formalaşıb ki, münaqişəni ancaq hərbi yolla həll etmək mümkündür. Ona görə də tərəflər arasında soyuq müharibə dövrünü xatırladan sürətli silahlanma yarışı gedir. Biz belə hesab edirik ki, belə vəziyyətdə bundan sonra da münaqişənin həll edilməməsi bölgədə sonu məlum olmayan dəhşətli qarşıdurmaya, müharibənin yenidən başlamasına gətirib çıxara bilər. Çünki atəşkəs heç də sülh anlaşması demək deyil və o istənilən an baş verə biləcək irimiqyaslı müharibənin qarşısını ala bilmyəcək. Bunu nəzərə alaraq AB bəyan edir ki, mövcud status-kvonun bundan sonra da saxlanılması məqsədəuyğun deyil. Ona görə də AB dərhal tərəfləri sülh danışıqlarını bərpa etməyə və problem qısa müddətdə dinc danışıqlar yolu ilə aradan qaldırmağa çağırır".

DİGƏR XƏBƏRLƏR

Top