Mançester polisi terror aktında şübhəli bilinən 10-cu adamı saxlayıb

Mançester polisi stadionda baş vermiş terror aktında şübhəli bilinən 10-cu adamı saxlaması barədə "Twitter"də xəbər yayıb. Həmin şəxs Moss-Sayd zonasında saxlanılıb. "Bu gün səhər biz Moss-Sayd zonasında bir kişini saxladıq. Bu, "Mençester arena"dakı hücumla bağlıdır" – deyə xəbərdə bildirilir.
Polisdən bildirilib ki, təhqiqatın gedişində 10 nəfər saxlanılıb. Lakin onlardan ikisi – kişi və qadın ittiham elan edilmədən buraxılıb. Hazırda 8 nəfər həbsdədir. Dünən polisin Mançesterdəki terror aktı ilə əlaqədar 8-ci şübhəlini saxladığı bildirilirdi.Report

DİGƏR XƏBƏRLƏR

Top