Dövriyyədə olan nağd pullar azalıb

Azərbaycanda pul bazası (dövriyyədə olan nağd pullar) göstəricisi 2016-ci il oktyabr ayının 1-nə 6 milyard 810,3 milyon manat təşkil edib. "Yeniavaz.az" Mərkəzi Bankın açıqladığı rəqəmlərə istinadən bildirir ki, bu, sentyabr ayının 1-i ilə müqayisədə 601,9 milyon manat və ya 8,1% azdır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə azalma 240,1 milyon manat və ya 3,4% olub. İlin əvvəlindən etibarən azalma isə 91,5 milyon manat və ya 1,3% təşkil edib.

A.C.

DİGƏR XƏBƏRLƏR

Top