Daha bir ölkə OPEK-ə üzv oldu

Ekvatorial Qvineya Neft İxracatçı Ölkələri Təşkilatının (OPEK) yeni üzv qəbul edilib. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Səudiyyə Ərəbistanının energetika, sənaye və mineral resurslar naziri Xalid əl-Falih OPEK-in 172-ci sammitinin yekunları üzrə deyib. O bildirib: “Fikrimcə, OPEK-ə daxil olmayan ölkənin təşkilata qoşulması faktının özü OPEK-in necə yaxşı işlədiyinin göstəricisidir”. Qeyd edək ki, Ekvatorial Qvineyada təsdiq edilmiş neft ehtiyatları 1,1 milyard barel, hasilat isə sutkada təqribən 250 min barel təşkil edir. Bununla da OPEK-ə üzv ölkələrin sayı 14-ə çatıb. Bunlar Ekvatorial Qvineyadan başqa İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı, Venesuela, Qabon, Qətər, Liviya, BƏƏ, Əlcəzair, Nigeriya və Ekvadordur.

DİGƏR XƏBƏRLƏR

Top