“Mançester Yunayted”in alacağı pul mükafatı bilindi

“Mançester Yunayted” futbol klubunun oyunçuları Avropa Liqasında qələbəyə görə ümumilikdə 38 milyon funt-sterlinq məbləğundə pul mükafatı alacaqlar. “Yeniavaz.com”un RT-yə istinadən xəbərə görə, həftədə 20 min funt-sterlinqdən çox qazanan klub futbolçuları (22 oyunçu) Çempionlar Liqasına çıxmağa görə əlavə 25 faiz pul mükafat əldə edəcəklər. Bu, “Mançester Yunayted”də ödənişlər üzrə qeyri-standart siyasətin şərtləri ilə bağlıdır. Lakin 2016-cı ilin yayında klubla müqavilə imzalayan oyunçuların məvacibləri artırılmayacaq. Belə futbolçalar sırasında Pol Poqba, Henrix Mxitaryan, Erik Bayi və Zlatan İbrahimoviç var. Bundan başqa, futbolçular UEFA-dan 1 milyon funt-strelinq həcmində mükafat alacaqlar. Xatırladaq ki, “Ayaks”ı finalda 2:0 hesabı ilə məğlub edən “Mançester Yunayted” 2016/2107-ci il mövsümündə Avropa Liqasının qalibi adını qazanıb.

DİGƏR XƏBƏRLƏR

Top