Gürcüstan NATO-ya üzv olmaq üçün bütün imkanlara malikdir

"Gürcüstanda NATO-ya üzv olmağa hazırlaşmaq üçün lazım olan bütün mexanizmlər mövcuddur. "Yeniavaz.com"un apsny.ge-yə istinadən verdiyi məlumata görə, bu barədə Gürcüstanın İctimai televiziyasına müsahibəsində NATO Baş katibinin müavini Rouz Gettemüller deyib. Onun sözlərinə görə, Gürcüstan NATO üçün vacib tərəfdaşlardan biridir və uzun illərdir bu quruma üzv ölkələrin hərbçiləri ilə birgə Əfqanıstanda sülhməramlı missiyanı həyata keçirir: "Gürcüstan çox illərdir Əfqanıstanda NATO missiyası ilə birgə işləyir. Gürcüstan sülhməramlı missiyaya öz töhfəsini verib və verməkdədir. Mən ötən həftə böyük qürur hissi ilə NATO mənzil-qərargahındakı görüşdə Əfqanıstandakı sülh missiyasının müzakirəsində iştirak etdim. Tədbirdə mənimlə yanaşı Gürcüstan səfiri də əyləşmişdi və bu da qürurverici idi".

Gürcüstanın NATO-ya üzv olma imkanlarına toxunan NATO rəsmisi hərbi alyansın açıq qapılar siyasətinə sadiq qaldığını xüsusi qeyd edib: "Bu yaxınlarda Çernoqoriyanı NATO-ya üzv qəbul edəcəyik. Hazırda bu proses yekun mərhələsindədir. Yəni bizim qapılarımız hamının, o cümlədən Gürcüstanın da üzünə açıqdır. Əsas məsələ odur ki, Gürcüstan alyansa üzv olmaq üçün lazım olan bütün kriteriyaları yerinə yetirsin".

DİGƏR XƏBƏRLƏR

Top