Rusiya və Türkiyə məzmunu gizli saxlanılan protokol imzalayıb

Rusiya və Türkiyə hərbi-texniki əməkdaşlıq üzrə qarışıq komissiyanın iclasını keçirib. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın Hərbi Texniki Əməkdaşlıq üzrə Federal Xidmətindən (HTƏFX) deyiblər. İclasda Rusiya nümayəndə heyətinə HTƏFX-nin direktor müavini M. V. Petuxov, Türkiyə nümayəndə heyətinə isə Milli Müdafiə Nazirliyinin Sənayenin müdafiə sahələri aparatının rəhbəri İsmayıl Dəmir başçılıq edib. İclas dekabrın 12-14-də keçirilib. İclasın yekunları üzrə protokol imzalanıb. Protokolun məzmunu açıqlanmır.

DİGƏR XƏBƏRLƏR

Top