2016-cı ildə 117 sülhməramlı həlak olub

2016-cı ildə BMT-nin 43 ölkəsindən olan 110-dan artıq sülhməramlısı xidmətdə olarkən həlak olub. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumaat görə, bunu BMT-nin baş katibi Antonio Quterriş deyib. Onun sözlərinə görə, ötən il 43 ölkədən olan 117 hərbçi, polis və mülki sülhməramlı vəzifə borcunu yerinə yetirərkən həlak olub: “Bununla da 1948-ci ildən bəri 3,5 mindən çox sülhməramlı digər insanları xilas edərkən həyatlarını qurban verib. 2016-cı ildə BMT-nin Mali, Mərkəzi Afrika Respublikası və Cənubi Sudandakı qüvvələri daha çox itki verib. Sülhməramlılar ən çox terrorçuların hücumlarına məruz qalıblar”. Xatırladaq ki, hazırda BMT-nin mavi bayrağı altında 100 mindən çox hərbçi və polis xidmət keçir. 2015-ci ildə 50 ölkədən olan 129 sülhməramlı vəzifə borcunu yerinə yetirərkən həlak olub.

DİGƏR XƏBƏRLƏR

Top