
Ermənistanın Erkir sirani Partiyasının lideri Zarui Postancyan bu gün iqtidar əleyhinə Milli Müqavimət Hərəkatının yaradıldığını bildirib. "Yeniavaz.com"un arminfo.am-a istinadən verdiyi məlumata görə, Postancyan ölkədə yaşayan əhalini, o cümlədən xaricdəki diasporun nümayəndələrini bu qurum ətrafında birləşməyə çağırıb: "Hazırda Ermənistanda Respublika Partiyasının timsalında qanunlara hörmət etməyən, insanların ən adi hüquqlarını tapdalayan, ölkəni çapıb-talayan totalitar idarəetmə sistemi yaradılıb. Sarkisyan rejimi Ermənistanı kasıblar və aclar ölkəsinə çevirib. Bu gün Ermənistanda 1 milyondan yuxarı kasıb var. Hər il ölkəni tərk edənlərin sayı artır. Belə getsə Ermənistan insan yaşamayan ölkəyə çevriləcək. Sarkisyan rejiminin ölkəni idarə etməsi də məhz bizi belə bir faciəyə aparır. Ona görə də Ermənistanın bütün vicdanlı vətəndaşlarını Sarkisyan rejiminə qarşı mübarizədə Milli Müqavimət Hərəkatının ətrafında birləşməyə çağırıram".
Tətbiqimizi yükləyə bilərsiniz