
Almaniya klubları cari qış məşq toplanışlarını Türkiyədə keçirməmək barədə qərara gəliblər. “Yeniavaz.com”un xarici mətbuata istinadən verdiyi məlumata görə, buna səbəb Türkiyədə mövcud gərgin siyasi vəziyyət, eləcə də terror aktları olub. Almaniyanın bütün klubları bu qərarı dəstəkləyiblər. Yalnız üçüncü liqada iştirak edən “Rot-Vayss” klubu Türkiyədə toplanış keçirməyi planlaşdırıb. Ötən mövsüm Bundes liqanın təkcə yeddi komandası ikinci mövsümə Türkiyədə hazırlaşıb.
Tətbiqimizi yükləyə bilərsiniz