İŞİD-in “döyüş naziri” öldürüldü

Suriya hökumət qoşunları Hələbin şərqində hücum zamanı İŞİD terror təşkilatının bir sıra liderlərini məhv edib. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, öldürülən İŞİD başçıları arasında qruplaşmanın “döyüş naziri” Əbu Musiba Əl-Masri də var. O, İŞİD-in hərbi əməliyyatların aparılmasına görə məsuliyyət daşıyırdı. Digər öldürülən terrorçular isə Səudiyyə Ərəbistanı mənşəli Əbu Vəlid Ət-Tunsi və Əbdürrəhman Matavidir.

DİGƏR XƏBƏRLƏR

Top