Fransada fövqəladə vəziyyət rejimi yenə uzadıla bilər

Fransa ölkədə tətbiq edilmiş fövqəladə vəziyyət rejimininin müddətini noyabrın 1-dək uzatmağı planlaşdırır. “Yeniavaz.com”un “Habertürk” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Yelisey sarayının Təhlükəsizlik Şurasının yekunları üzrə bəyanatında deyilir. Fransa Prezidenti Emmanuel Makron qərara alıb ki, parlament iyulun 15-də başa çatacaq fövqəladə vəziyyət rejiminin uzadılması məsələsinə baxmalıdır. Hökumət tərəfindən fövqəladə vəziyyət rejiminə əlavə olaraq növbəti həftələr ərzində yeni təhlükəsizlik tədbirləri və təhlükəsizlik qanunlarının hazırlanacağı qeyd edilir.

Xatırladaq ki, fövqəladə vəziyyət rejimi Fransanın sabiq prezidenti Fransua Olland tərəfindən tətbiq edilib. Parisdəki terror aktlarından sonra tətbiq edilən fövqəladə vəziyyət rejiminin müddəti üç dəfə uzadılıb.

DİGƏR XƏBƏRLƏR

Top