İtaliya KİV: "Qarabağ" 900 min avroya italiyalı hücumçu alır

"Qarabağ" klubunun transfer etmək istədiyi daha bir futbolçunun adı müəyyənləşib.

"Report"un "Tuttomercatoweb" nəşrinə istinadən verdiyi məlumata görə, bu, hazırda İtaliya B Seriyasında "Trapani" komandasında çıxış edən hücumçu Nikola Çitrodur.

"Fişano Messisi" ləqəbli Çitroya 3 illik müqavilə və ildə 900 min avro əmək haqqı təklif olunub. 29 yaşlı forvardı A Seriyasına yüksəlməyə yaxın olan "Benevento" da istəyir. Lakin futbolçunun özü "Qarabağ"ın cəlbedici təklifinə müsbət yanaşır.

Qeyd edək ki, Nikola Çitro 2016/2017 mövsümündə 5 qol vurub və 3 məhsuldar ötürmə verib. O, 2 dəfə sarı vərəqə ilə cəzalandırılıb, 1 matçda isə meydandan qovulub.

DİGƏR XƏBƏRLƏR

Top