Ərdoğan: İdman zallarına arena demək gözəl deyil

İdman zallarına Avropada heyvanların yarışdırıldığı arenalar demək kübar və gözəl deyil. “Yeniavaz.com”un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8-ci Beynəlxalq Türk Dili Qurultayında çıxış edərkən deyib. Onun sözlərinə görə, bunlar barədə danışılmadığı müddətcə gənc nəsillər bunun əvəzini fərqli formada ödəyirlər. R.T. Ərdoğan qeyd edib ki, türk dilinə daha çox sahib çıxmanın məcbur qalındığı dövrdür: “Keçmişdə qiraətxana var idi. İndi isə həmin yerlərin adları klub, kafe olub. Bələdiyyələrə bu adların olduğu lövhələrin sökülməsini deyirik. Ancaq bunu edə bilmirik. Hər kəs müəyyən yerlərə xoş görünmək üçün lövhələri dəyişmək istəmir”.

DİGƏR XƏBƏRLƏR

Top