Mançester terrorçusunun adı Salmandır

Mançesterdə müğənni Ariana Qrandanın konsertində terror aktını törətmiş intiharçı-terrorçunun adı Salman Abedidir. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, şübhəli bilinən intiharçı-terrorçunun 23 yaşı olub. O, daha əvvəl Böyük Britaniya hakimiyyətinə potensial təhlükə törədə biləcək şəxs kimi məlum olub. Məlumata əsasən, konsertin keçirildiyi stadionun girişində yoxlama aparılıb, lakin terrorçu zala daxil olmağa çalışmayıb. O özünü tamaşaçılar konsertdən çıxarkən nəzarət edilən zonanın çıxışında partladıb. Qeyd edək ki, partlayış nəticəsində 22 nəfər ölüb, 59 nəfər isə yaralanıb.

DİGƏR XƏBƏRLƏR

Top