Dünyanın bütün daşınmaz əmlakının ümumi qiyməti açıqlanıb

Dünyada bütün daşınmaz əmlakları ümumi dəyəri hazırda 228 trilyon dollar təşkil edir. “Yeniavaz.com”un “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə “Savills” şirkətinin hesabatında deyilir. Məlumata əsasən, 2016-cı ilin əvvəlində bu göstərici 217 trilyon dollar olub. Obyektlərin qiymətinin artması ümumi göstəricinin də artmasına gətirib çıxarıb. Hesabata görə, dünyadakı daşınmaz əmlakın ümumi dəyərinin dörddə üçü mənzilin payına düşür (168,5 trilyon dollar). Analitiklər qeyd edirlər ki, dünya daşınmaz əmlakı ümumi dəyəri 170 trilyon dollar olan bütün aksiyalar, istiqrazlar və borc qiymətli kağızlardan daha bahalı aktivdir.

DİGƏR XƏBƏRLƏR

Top