150 yaşlı ütü

150 ilə yaxın yaşı olan bu dəmir parçası (ütü) bu gün də məişətdə işlənilir. İlk baxışdan ağır dəmir parçasına bənzəyir. Bir əsrdən artıq tarixi olan bu ütü kömürlə işləyir. Qırışı çətin açılan paltarları səliqəyə salan qədim əşya Goranboyda qorunub saxlanılır. Rayonun Qızılhacılı qəsəbə sakini 75 yaşlı Validə Həsənova bu qədim əşyanın ona qaynanasının anasından yadigar qaldığını deyir. O qədər də böyük olmayan məişət əşyası çəkisi ilə müasir ütülərdən fərqlənir. Validə Həsənova kömürlə doldurulduqdan sonra 2 saata yaxın isti qalan bu ütünün daha sərfəli olduğunu deyir: "Görünüşcə kiçik olan bu qədim əşya hər zaman köməyimə gəlir. Elektiriklə işləyən yüngül çəkili ütülərlə çox qırışıq olan paltarları açmaq çətin olur. Amma bu ütü ilə həm elektirik enerjisinə qənaət edirik, həm də paltarları səliqəli və daha şax ütüləmək mümkündür. Bu ütünü məndən əvvəl qaynanamın anası, qaynanam, mən, qızlarım, gəlinlərim də işlədib. Bu gün də bu ütü bizim köməyimizə gəlir. Hətta kəndə bu ütünü bizdən almaq istəyənlər də olub, amma mən onu heç vaxt satmaq fikrində olmamışam".

Esmira Hidayətova, Goranboy

DİGƏR XƏBƏRLƏR

Top