Rusiya Ermənistana silah satmaq öhdəliyini vaxtında həyata keçirir

Rusiya Ermənistana silah satılması iilə bağlı öhdəliyini vaxtında yerinə yetirir. "Yeniavaz.com"un panarmenian.net-ə istinadən verdiyi məlumata görə, bunu mətbuata açıqlamasında Ermənistan müdafiə nazirliyinin müdafiə siyasətini idarəetmə idarəsinin rəisi Levon Ayvazyan deyib. Onun sözlərinə görə, Rusiyanın Ermənistana verdiyi silah ona təhlükəsizliyini təmin etməyə imkan verib: "Söhbət Ermənistanla Rusiya müdafiə nazirlikləri arasındakı hərbi-texniki əməkdaşlıqdan gedir. Biz Rusiyadan silahı və hərbi texnikanı dünya qiymətləri ilə deyil, müttəfiq ölkədəki qiymətlər əsasında alırıq. Bu isə Ermənistan üçün olduqca vacibdir".

Ayvazyan xatırladıb ki, 2015-ci ildə iki ölkə arasında əldə edilən razılığa əsasən Rusiyanın ayırdığı kredit hesabına Ermənistana 200 milyon dollar dəyərində silah veriləcək: "Onların arasında RS3O "Smerç", "İqla-S" zenit raket kompleksləri, odpüskürən TOS-1A "Solntsepek", 9M113 M tank əleyhinə idarəedilən "Konkurs-M" raket kompleksləri, "Avtobaza-M" radiotexniki kəşfiyyat kompleksləri, zirehli avtomobillər də var".

DİGƏR XƏBƏRLƏR

Top