Mey: Terrorçunun şəxsiyyəti məlumdur

Mançesterdəki stadionda partlayıcı qurğunu intiharçı-terrorçu işə salıb və tək olub. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Böyük Britaniyanın Baş naziri Tereza Mey deyib. Baş nazir bildirib: “İndi biz bilirik ki, terrorçu tək olub. Terrorçu partlayıcı qurğunu stadionun çıxışların birinin yanında aktivləşdirib.Terrorçunun şəxsiyyəti polisə məlumdur. Ancaq onun adını hələ açıqlamağa hazır deyilik”. T. Mey əlavə edib ki, stadiondakı konsert zamanı baş vermiş partlayış nəticəsində ölən və yaralananlar arasında çoxlu sayda uşaq və gənc insanlar var: “22 nəfər ölüb, 59 nəfər isə yaralanıb. Xəsarət alanlar 8 müxtəlif xəstəxanaya yerləşdiriliblər. Onların çoxu kritik vəziyyətdədir.

DİGƏR XƏBƏRLƏR

Top