"Azərbaycanda yeni zeytun bağları salınacaq"

"Son illərdə 4 min hektardan çox ərazilər tam yaşıllaşdırılıb. Əkilən ağacların 2 min hektardan çoxu zeytun ağaclarıdır".

Bunu jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov deyib.

O bildirib ki, zeytun bağlarını 5 min hektara çatdırmağı nəzərdə tuturlar: "Bu o deməkdir ki, Azərbaycana artıq xaricdən zeytun yağı, yaxud zeytun məhsulları gətirilməyəcək. Düşünürük ki, zeytun məhsulları ixrac edəcək. Yaxın 4-5 ildə biz bu işin öhdəsindən gələcəyik".

Nazirin sözlərinə görə, Azərbaycanda ümumilikdə 7 min hektar aqromeşə əraziləri var: "Onun 3 min hektarı əvvəlki illərdə salınan qoz, fındıq, şabalıd bağlarıdır. Növbəti 5 ildə 96 milyon meyvə tingi yetişdirməyi qarşımıza məqsəd qoymuşuq".

DİGƏR XƏBƏRLƏR

Top