Rusiyalı hərbi ekspert Ermənistanı Azərbaycana qarşı cavab tədbirləri görməyə çağırıb

MDB Ölkələri İnstitutu direktorunun müavini,hərbi ekspert Vladimir Yevseyev münaqişə zonasında vəziyyətin gərginləşməsindən narahat olduğunu söyləyib. "Yeniavaz.com"un 1in.am-a istinadən verdiyi məlumata görə, Yevseyev ötən ilki aprel döyüşlərinin təkrar oluna biləcəyi barədə Ermənistana xəbərdarlıq edib. O Birinci kanala müsahibəsində Azərbaycanın Ermənistana məxsus hava hücumundan müdafiə sistemini sıradan çıxarmasını da bölgədə irimiqyaslı hücum əməliyyatının başlaya bilməsi kimi dəyərləndirib: "Münaqişə hazırda yeni mərəhələyə qədəm qoyub. Ermənistan tərəfi yeni müharibəyə hazır olmalı və cavab zərbələri endirmək barədə düşünməlidir. Çünki indiki vəziyyətdə Azərbaycanla danışıqlar aparmağın mənası yoxdur. Eyni zamanda Ermənistan öz şərtlərini Azərbaycana diqtə etdirməli, Stepanakertin (Xankəndi) danışıqlar prosesində iştirakına nail olmalı və təmas xəttində müşahidə mexanizminin tətbiqini reallaşdırmalıdır".

DİGƏR XƏBƏRLƏR

Top