Müxalifət Gürcüstanda növbədənkənar prezident seçkilərinin keçirilməsini tələb edir

Gürcüstan Vahid Milli Hərəkat Partiyası prezident Georgi Marqvelaşvilini növbədənkənar prezident seçkiləri keçirməyə çağırıb. "Yeniavaz.com"un apsny.ge-yə istinadən verdiyi məlumata görə bununla bağlı keçirilən mətbuat konfransında adı çəkilən partiyanın yüksək səviyyəli rəsmlərindən olan Georgi Botkoveli deyib ki, ölkəni gözləyən xaosdan və fəlakətdən yalnız növbədənkənar prezident seçkiləri xilas edə bilər. Onun sözlərinə görə ölkədə keçirilməsi nəzərdə tutulan konsititusiya dəyişikliyindən də məqsəd Gürcüstana hansısa xoşagəlməz idarəetmə formasını sırımaq və bununla da müstəqillik və suverenliyi təhdid altına almaqdır: "Bizi ölkəni pərdəarxasından idarə edən Bidzina İvanişvilinin hansısa məkrli planlarından yalnız növbədənkənar prezident seçkiləri xilas edə bilər. Gürcüstan xalqı düşmən güclərin onu daxildən sarsıtmaq niyyətlərinin qarşısını almalıdır və alacaq".

DİGƏR XƏBƏRLƏR

Top