Parlamentin yaz sessiyasının sonuncu iclasında 41 məsələ müzakirə ediləcək - SİYAHI

“Milli Məclisin yaz sessiyasının sonuncu iclası mayın 31-də keçiriləcək”. Bunu Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu deyib. A.Təvəkküloğlu əlavə edib ki, parlamentin növbəti iclasının gündəliyinə 41 məsələ daxil edilib.

Gündəlikdə bir sıra qanunlara dəyişiklər də nəzərdə tutulur. Bunlar aşağıdakılardır:

“Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi;

“Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında” qanun layihəsi 3-cü oxunuşda;

“Diplomatik xidmət haqqında” qanuna dəyişiklik;

“Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” qanuna dəyişiklik;

“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” yeni qanun layihəsi;

“Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” qanuna dəyişiklik;

“Vətəndaşlıq haqında” qanuna dəyişiklik;

Cəzaların icrası Məcəlləsinə dəyişiklik;

“Veteranlar haqqında” qanuna dəyişiklik

“Büdcə sistemi haqqında” qanuna dəyişiklik;

“Sahibkarlıq fəaliyyəti haqqında” qanuna dəyişiklik;

“Publik hüquqi şəxslər haqqında” qanuna dəyişiklik;

Cinayət Məcəlləsində dəyişiklik;

Əmək Məcəlləsində dəyişiklik;

“İşsizlikdən sığorta haqqında” qanun layihəsi 1-ci oxunuş

Modern.az

DİGƏR XƏBƏRLƏR

Top