Rusiya Ermənistana KTMT çərçivəsində müasir silahlar vermək niyyətindədir

Rusiya 2017-ci ildə də Ermənistanı silahlandırmaqda və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində onu ən yeni, müasir döyüş texnikası, o cümlədən hərbi vertolyotlar və müdafiə sistemləri ilə təmin edilməsində davam edəcək. "Yeniavaz.com"un 1in.am-a istinadən verdiyi məlumata görə, bunu Sputnik agentliyinə müsahibəsində Rusiya Hərbi-texniki əməkdaşlıq üzrə f ederal xidmətinin direktoru Dmitri Şuqayev deyib: "2017-ci ildə Rusiya Ermənistana hərbi təyinatlı məhsullar, müasir döyüş vertolyotları, tanklar, ağır və yüngül artilleriya, zenit-raket kompleksləri verəcək. Bütün bunlar isə KTMT çərçivəsində imzalanan müvafiq anlaşma əsasında həyata keçiriləcək".

DİGƏR XƏBƏRLƏR

Top