Bakıda iki qardaşın ölümü ilə nəticələnən yanğının detalları açıqlanıb

"Yanğın barədə Dövlət Yanğından Mühafizə Xidmətinə məlumat saat 16:53 radələrində daxil olub. İlkin yanğın avtomobili 6 dəqiqə sonra hadisə yerinə çatıb və binanın 4-cü mərtəbəsində mənzilin alov içərisində olduğu haqqında məlumat verib".

Bunu Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, polkovnik Rza Xudiyev deyib.

Onun sözlərinə görə, dərhal hadisə yerinə texnika və şəxsi heyət göndərilib, təxminən 30 dəqiqə sonra yanğın məhdudlaşdırılıb, 15 dəqiqə sonra tam söndürülüb.

"Yanğının sondürülməsi zamanı mərtəbələrdən 2 azyaşlı uşaq xilas edilib. Kəşfiyyat zamanı mənzildə iki qardaş - 52 yaşlı Çeykullayev Aleksandr Petroviç və 54 yaşlı Çeykullayev Anatoli Petroviçin meyitləri aşkar olunub. Qonşuların sözlərinə görə, qardaşlardan biri xəstə, digəri isə içkiyə meylli olub, tüfeyli həyat keçirib", - deyə polkovnik bildirib.

FHN rəsmisi qeyd edib ki, yanğın nəticəsində 1 otaqlı, ümumi sahəsi 30 kvadrat metr olan mənzilin yanar konstruksiyaları yanıb: "Qonşuların dediyinə görə, əvvəlcə mənzildə partlayış baş verib, mənzilin pəncərəsi qırılıb, partlayışdan sonra yanğın baş verib. Hazırda hadisə yerində tədqiqatçılar araşdırma aparır, əlavə məlumat veriləcək. Hadisənin hansı səbəbdən baş verməsi dəqiq müəyyənləşəcək".

Mənzildə olan şəxslərin tüstüdən zəhərlənməsi və ya yanaraq ölməsinə gəlincə isə, R. Xudiyev bunun ekspertiza nəticəsində müəyyən olunacağını deyib.apa

***

Bakıda yaşayış binasında baş vermiş yanğının qarısı alınıb.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Yanğında iki qardaş ölüb.

Onların kimliyi dəqiqləşdirlir.

Araşdırma aparılır.apa

***

17:54 Binəqədi rayonunda yerləşən beşmərtəbəli binaların birində yanğın hadisəsi baş verib.

Hadisə Ziya Bünyadov prospekti, Ayna Sultanova heykəlinin yaxınlığında yerləşən binada qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov bildirib ki, hadisə yerinə 5 yanğınsöndürən maşın cəlb olunub:

“Yanğın binanın 3-cü mərtəbəsində yerləşən mənzillərdən birində başlayıb. Aşağı mərtəbələrin sakinləri özləri binanı tərk ediblər, yuxarı mərtəbələrdə yaşayanlar isə FHN əməkdaşları tərəfindən təxliyyə olunub. Xəsarət alanlar haqda hələ ki, məlumat yoxdur. Ətrafdakı tikililər yanğından mühafizə olunub”. qafqazinfo

bineqedi

DİGƏR XƏBƏRLƏR

Top