Gürcüstan Daxili işlər nazirliyi əməkdaşları Acarıstanın paytaxtı Batumidə 33 yaşlı Türkiyə vətəndaşını həbs ediblər. "Yeniavaz.com"un sputnik-georgia.ru-ya istinadən verdiyi xəbərə görə, Türkiyə vətəndaşının həbsinə səbəb onun qeyri-qanuni yollarla narkotik vasitələri əldə etməsi və saxlaması olub. Bununla bağlı Gürcüstan Daxili işlər nazirliyi mətbuat xidməti tərəfindən yayılan məlumatda deyilir ki, axtarış zmanı Türkiyə vətəndaşından 29 ədəd narkotik tərkibli tablet olan buprenorfin aşkar edilib: " Türkiyə vətəndaşına qarşı qeyri-qanuni yollarla narkotik maddələrin əldə ediləmsi, saxlanılması, həmçinin istehsalına görə cinayət işi qaldırılıb. Nəticədə o həbs edilib".
Qeyd edək ki, Gürcüstan qanunlarında böyük həcmdə narkotik maddələrin əldə edilməsinə, saxlanılmasına və istehsalına görə, 8-20 il və ya ömürlük həbs cəzası nəzərdə tutulub.