Daşkəsəndə "Qazel" dərəyə aşıb, ölən var - FOTO, VİDEO

Daşkəsən rayonunda sərnişin avtobusu ilə "VAZ" 2106 markalı minik avtomobili toqquşub. "Yeniavaz.com" xəbər verir ki, hadisə rayonun Quşçu kəndində qeydə alınıb. "VAZ" 2106 markalı minik avtomobili ilə toqquşma nəticəsində "Qazel" yoldan çıxaraq dərəyə aşıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin əməkdaşları cəlb olunub. 68 yaşlı Bəxtiyar Uğurluyevin meyidi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Gəncə Şəhər Şöbəsinə, xəsarət alan Qiyas Bayramov və Rəşid Məmmədov isə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Vüqar Nəbiyev, Daşkəsən

Video

DİGƏR XƏBƏRLƏR

Top