Rus pilotu öldürdüyü deyilən türk həbs edildi

Türkiyə Hərbi Hava Qüvvələrinin vurduğu Rusiyaya məxsus bombardmançı təyyarənin pilotunun Suriyada öldürülməsi hadisəsində adı hallanan Alpaslan Çelikə 5 il həbs cəzası verilib. “Yeniavaz.com”un “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, İzmir məhkəməsi qanunsuz silah saxlama maddələri üzrə A. Çeliki azadlıqdan məhrum edib. Xatırladaq ki, 2016-cı il martın 31-də İzmirin Karabağlar rayonunda aralarında aralarında A. Çelikin də olduğu 17 nəfərin üzərlərində, avtomobillərində və evlərində 5 avtomat, 5 tapança və 2 rabitə vasitəsi aşkarlanıb. Məhkəmə A. Çeliki va daha 6 nəfəri 5 il həbs cəzasına məhkum edib. Bundan başqa, 1 nəfər 1,5 il, 2 nəfər isə hər biri 10 ay müddətinə azadlıqdan məhrum edilib. Digər şübhəlilər bəraət alıb.

Qeyd edək ki, rus pilot Oleq Peşkov 2015-ci il noyabrın 24-də Suriyada həlak olub. Türkiyənin “F-16” qırıcısı rus “Su-24” bombardmançı təyyarəsini vurduqdan sonra katapult edən O. Peşkov yerdən açılan atəş nəticəsində öldürülüb. İnsidentdən sonra A. Çelikin pilotun öldürülməsinə görə məsiliyyəti üzərinə götürməsi barədə xəbərlər yayılmışdı. Lakin o, istintaq zamanı bəyan edib ki, pilotu öldürməyib və tabeliyindəki şəxslərə O. Peşkova atəş açmamaq barədə əmr verib. Məhkəmə bu faktla bağlı A. Çelikə qarşı təhqiqatı dayandırıb.

DİGƏR XƏBƏRLƏR

Top