Daha bir ölkə Türkiyədən pomidor almayacaq

İraq Kənd Təsərrüfatı Nazirliyi yerli istehsalı dəstəkləmək məqsədi ilə Türkiyədən pomidor idxalını dayandırır. “Yeniavaz.com”un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, nazirlik hesab edir ki, İraqın Nəcəf və Kərbala vilayətlərində pomidor istehsalının artması yerli tələbatı ödəyəcək. İraq pomidor idxalını mayın 21-dən dayandırıb. Qeyd edək ki, ötən il Türkiyənin ümumi pomidor ixracı Rusiya ilə münasibətlərdəki böhranla əlaqədar olaraq 367 milyon dollardan 238 milyon dollara enib. 2016-cı ildə İraqa pomidor ixracı isə 88 milyon dollar dəyərində olub. Türkiyə İraqa 2014-cü ildə 98,5 milyon dollar, 2015-ci ildə isə 82,8 milyon dollar dəyərində pomidor ixrac edib.

DİGƏR XƏBƏRLƏR

Top