BNA:İslamiadanın bağlanış mərasiminə 430 ədəd avtobus ayrılıb

IV İslam Həmrəyliyi Oyunlarının Bağlanış mərasimində biletli tamaşaçıların Bakı Olimpiya Stadionuna eləcə də mərasim bitdikdən sonra müəyyən olunmuş istiqamətlərə (metronun “Qara Qarayev”, “Gənclik” və “20 Yanvar” stansiyaları yaxınlığındakı dayanacaqlara) daşınmasına cəlb edilən 430 ədəd avtobus artıq İctimai Nəqliyyat Terminalına toplanıb. Agentliyin mətbuat xidmətinin rəhbəri Mais Ağayev "Yeniavaz.com" saytına bildirib ki, sürücülərin tibbi müayinəsi və digər zəruri prosedurlar yekunlaşdıqdan sonra saat 17:00-da daşınma prosesinə start veriləcək və proses saat 20:00-dək davam edəcək. Bakı Nəqliyyat Agentliyi ekspres xətt avtobuslarından istifadə edəcək biletli tamaşaçılardan vaxtında metronun “Qara Qarayev”, “Gənclik” və “20 Yanvar” stansiyaları yaxınlığındakı dayanacaq məntəqələrinə gəlmələrini xahiş edir.

DİGƏR XƏBƏRLƏR

Top