Azərbaycanda dələduzlar peyda olub - aldadıb əmlakını, pulunu alır

"Qanunvericiliyə görə, hər hansı şəxs müqavilə imzalayarkən onun iradə azadlığı olmalıdır”.

"Yeniavaz.com" xəbər verir ki, bunu Sherg.az-a etibardan sui-istifadə etmə halları ilə bağlı danışarkən "Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev deyib.

O bildirib ki, şəxslərin öz hərəkətlərinə cavab vermək, bunun nəticələrini düşünə bilmək imkanına malik olması müqavilələr imzalanan zaman nəzərə alınmalıdır:

"Bu imkan yoxdursa, imzalanan əqdin etibarsızlığı barədə məhkəmədə müqayisələndirilə bilər. Amma təəssüf ki, Azərbaycanda "peşəkarlar" peyda olub. Onlar bəzən vətəndaşları aldadıb, onların əmlakını, pul vəsaitlərini alırlar. Hətta bəziləri də insanların çətin vəziyyətindən istifadə edirlər. Ancaq sonradan yetərli sübutlar olmur ki, zərərçəkmişi məhkəmədə müdafiə edərək, uğur qazanmaq mümkün olsun. Bir qayda olaraq mülki qaydada məsələ həll olunmalıdır.

Əgər açıq, aşkar etibardan sui-istifadə halları varsa, bu zaman artıq dələduzluqla əlaqədar cinayət işi qaldırıla bilər. Bəzi hallarda şəxslərin ağır sağlamlıq durumundan, yaşlılığından, spirtli içki aludəçisi olmasından istifadə edərək, onlardan əmlakını ala bilirlər. Sonradan əksini sübut etmək xeyli çətinlik yaradır. Burada hər şeydən əvvəl vəziyyəti müəyyənləşdirən aydın dəlillər olmalıdır”.

Ə.Nuriyev onu da əlavə edib ki, əhalidə hüquqi mədəniyyətlə bağlı problem var:

"Əmlakın özgəninkiləşdirilməsi ilə bağlı vəkillərlə məsləhətləşmə yoxdur. Tutaq ki, o qədər də böyük olmayan kiçik məbləğlər verilməsi və ya alınması məsələsi olduğu halda belə onlar istəyirlər ki, özbaşına bunu həll etsinlər”.

DİGƏR XƏBƏRLƏR

Top