Bu ölkə Amerika kursundan vaz keçdi

Filippin Prezidenti Rodriqo Duterte amerikalı həmkarı Donald Trampı öz dostu adlandırıb, lakin qeyd edib ki, ölkəsinin Amerika yönümlü kursunu dəyişdirib. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlmata görə, R. Duterte bunu Rusiyaya rəsmi səfəri öncəsi jurnalistlərə deyib. O bildirib: “Tramp çox yaxşı oğlandır, praqmatikdir, o mənim dostumdur, ona hörmət edirəm və noyabrda bura səfərini gözləyirik”. R. Duterte qeyd edib ki, Amerikanın əleyhinə deyil. Bununla belə, o əlavə edib ki, rəsmi Manilanın siyasəti dəyişib: “Prezident vəzifəsinə gəldiyim gündən Qərblə münasibət pisləşib, çünki müstəqil xarici siyasət yürütmək qərarı alınmışdı. Əvvəlcə ABŞ kursunu izləyirdik, hazırda isə Çinlə, ASEAN ölkələri, Rusiya ilə alyansı inkişaf etdiririk. Qərb, Aİ ikili danışıqlar aparır. Amerika qoşunlarını ölkəmizdə görmək istəmirik. Onlara mənimlə koloniya qubernatoru ilə rəftar etmələrinə icazə verməyəcəyəm”.

DİGƏR XƏBƏRLƏR

Top