Mərkəzi Afrika Respublikasında baş vermiş toqquşmalarda 22 nəfər həlak olub

Mərkəzi Afrika Respublikasında xristian və keçmiş islamçı qruplaşması arasında baş vermiş toqquşmalar zamanı 22 nəfər həlak olub. "RİA Novosti" xəbər verir ki, bu barədə BMT-nin ölkədəki missiyasının (MINUSCA) bəyanatında bildirilir. Bəyanatda qeyd olunur ki, toqquşmalar zamanı daha 36 nəfər xəsarət alıb. "Anti-Balaka" ilə əvvəllər "Seleka" islamçı qruplaşmasının tərkibində olmuş silahlılarla toqquşma Bria şəhərində baş verib. Öldürülənlərdən 17-i dinc sakinlərdir. "Briada və Mərkəzi Afrika Respublikasının digər yerlərində silahlı qruplaşmalar arasında toqquşmalar dayandırılmalıdır" – deyə missiyanın baş katibinin xüsusi nümayəndəsi Dayan Korner bəyanatında bildirib.Report

DİGƏR XƏBƏRLƏR

Top