“Qarabağ” klubu daha bir futbolçusu ilə müqaviləni yeniləyib.Klubun rəsmi saytının məlumatına görə, bu, Albaniya yığmasının kapitanı Ansi Aqollidir. Təcrübəli müdafiəçi ilə daha bir illik anlaşma əldə olunub. Beləliklə, o, Ağdam komandasında 8-ci mövsümünü keçirəcək. O, Azərbaycan klubunda 2010-cu ildən çıxış edir. Qeyd edək ki, "Qarabağ" daha əvvəl Qara Qarayev və Əfran İsmayılovla yeni müqavilə bağlayıb.