İraqda silsilə partlayışlar: 52 ölü

İraqın paytaxtı Bağdad və Bəsra şəhərlərində intiharçı-terrorçuların hücumu nəticəsində 52 nəfər həlak olub. “Yeniavaz.com”un “Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, ötən gecə Bəsranın neft sahələri yaxınlığındakı nəzarət-buraxılış məntəqəsində törədilmiş iki partlayış zamanı 33 nəfər həlak olub. Birinci partlayış Romeila nəzarət-buraxılış məntəqəsində törədilib. İkinci partlayış isə Əs-Sadra nəzarət-buraxılış məntəqəsindən 1 kilomet aralıda baş verib. Ötən gecə Bağdadın cənubunda iki ayrı kamikadzenin hücumu nəticəsində aralarında hüquq-mühafizə əməkdaşlarının da olduğu 19 nəfər həlak olub. İntiharçı-terrorçulardan biri avtomobili nəzarət-buraxılış məntəqəsində partladıb. İkinci kamikadze isə özünü polis idarəsinin 100 metr yaxınlığında partladıb.

DİGƏR XƏBƏRLƏR

Top