40 rus artistin Ukraynaya girişi qadağan edildi

Rusiyanın təqribən 40 artistinin Ukraynaya girişi qadağan edilib. “Yeniavaz.com”un “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Ukrayna Dövlət Sərhəd Xidmətinin rəisi Viktor Nazarenko deyib. Onun sözlərinə görə, artistlər Rusiyanın ilhaq etdiyi Krıma səfər etdiklərinə görə Ukraynaya girişlərinə qadağa qoyulub: “Biz bu məsələdə biganə qalmayan Ukrayna vətəndaşlarına və hüquq-mühafizə orqanlarına göstərdiyi köməklərə görə təşəkkür edirik”. V. Nazarenko əlavə edib ki, qadağaya məruz qalan artistlər arasında Lolita Milyavskaya, Yuliya Samoylova, Nataşa Korolyova, Nikolay Dobrınin, Lyudmila Artyomova da var. O diqqətə çatdırıb ki, 2017-ci ildə ümumilikdə 618 Rusiya vətəndaşın Ukraynaya girişinə qadağa qoyulub: “Hərçənd, 2016-cı ildə qadağa məruz qalan rusiyalı vətəndaşların sayı 1,2 mindən çox olub”.

DİGƏR XƏBƏRLƏR

Top