"Yüksək səviyyəli danışıqlar yalnız prezidentlərin iştirakı ilə mümkündür"

ATƏT Minsk Qrupunun ABŞ-dan olan həmsədri Riçard Hoqland Dağlıq Qarabağ münaqişəsinin həllinin iki ölkə prezidentlərinin iştirakı ilə keçirilən görüşdən asılı olduğunu söyləyib. "Yeniavaz.com"un 1in.am-a istinadən verdiyi məlumata görə, Riçard Hoqland Birinci kanala müsahibəsində iki ölkə liderlərinin münaqişənin həlli üçün iradə nümayiş etdirmələrinin vacibliyini söyləyib: "Bu günə kimi münaqişənin həlli ilə bağlı bir çox sənədlər müzakirəyə çıxarılıb. Onlar biri-birlərini tamamlayıblar və hamısında pozitiv fikirlər olub. Yəni bu gün hər iki ölkə prezidentinin münaqişənin həlli üçü siyasi irədə nümayiş etdirməsinə ehtiyac var. Həmsədrlərin yeni təşəbbüslərinə gəlincə, belə hesab edirəm ki, Vaşinqtonda və Parisdə yeni hökumət formalaşıb və onlar özlərinin xarici siyasətində müxtəlif məsələlərə yenidən baxa bilərlər".

Hoqland danışıqlarda uğur əldə edilməsi üçün onda iki ölkə prezidentlərinin iştiak etməsinin vacibliyini vurğulayıb: "Yüksək səviyyəli danışıqlar yalnız prezidentlərin iştirakı ilə mümkündür".

DİGƏR XƏBƏRLƏR

Top