Hindistanda yüzdən çox insan qızmar istilərin qurbanı olub

Hindistanın Telenqan ştatında aprelin 1-dən etibarən bu günədək azı 167 nəfər qızmar istilərə görə dünyasını dəyişib. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, son bir neçə gündür Telanqanda havanın temperaturu müsbət 40 dərəcədən aşağı enmir. Bununla belə, ştatın müəyyən hissələrində temperatur müsbət 47 dərəcəyə çatır. Telanqanda anormal isti havalar daha bir neçə gün davam edəcək.

Xatırladaq ki, 2016-cı ildə Hindistanda qızmar istilərə görə təqribən 700 nəfər dünyasını dəyişib. Adətən belə anormal istilər bu ölkədə mart-may aylarında müşahidə edilir. Ən çox ölüm halı Telanqan və Andxra-Pradeş ştatlarında qeydə alınıb. Bununla belə, qızmar istilərə görə ən çox ölüm halı 2015-ci ildə baş verib. Həmin vaxt 2,3 mindən çox adam dünyasını dəyişib. Bunun təxminən 600 nəfəri Telanqanın payına düşüb.

DİGƏR XƏBƏRLƏR

Top