Hindistanlı rejissor qondarma soyqırımı barədə film çəkir

Hindistanın tanınmış rejissoru Şekxar Kapur qondarma erməni soyqırımından bəhs edən "Göydən üç alma düşdü" adlı film üzərində işləri yekunlaşdırmaqdadır. "Yeniavaz.com"un panarmenian.net-ə istinadən verdiyi məlumata görə, Mişelin Aqoronyanın romanı əsasında çəkiln filmin ssenarisini Xose Rivera yazıb. Qeyd edək ki, 1915-1917-ci illərdən bəhs edən bu filmdə tarixi hadisələr saxtalaşdırılıb və orada əks etdirilənlərin reallıqla heç bir əlaqəsi yoxdur. Yəni bu, erməni müəllifin uydurmalarından başqa başqa bir şey deyil. Xatırladaq ki, 2013-cü ildə Şekxar Kapuru Ermənistana dəvət edən ermənilər bir həftə ərzində ona qondarma soyqırımı dərsi keçmişdilər. Hələ o vaxt ermənilərin Yerevanda Şekxar Kapura qondarma soyqırımı barədə film çəkmək üçün böyük həcmdə rüşvət təklif etdikləri barədə mətbuata məlumatlar sızmışdı.

DİGƏR XƏBƏRLƏR

Top