Filippin bunu etsə Çin müharibəyə başlayacaq

Filippin Cənubi Çin dənizinin mübahisəli sektorunda neft hasilatına başlasa, Çin müharibəyə başlaya bilər. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Filippin Prezidenti Rodriqo Duterte bildirib. R. Dutertenin sözlərinə görə, bu barədə Çin Xalq Respublikasının sədri Si Cinpin onunla danışarkən xəbərdarlıq edib. R. Duterte bildirib: “Söhbət zamanı mübahisəli ərazinin Filippinə məxsus olduğunu və sahədə qazma işlərinə başlamaq niyyətində olduğumu dedim. O isə cavabında bildirdi: Biz dostuq, sizinlə mübahisə etmək istəmirik, isti münasibətlər saxlamaq istəyirik, lakin siz təkid etsəniz müharibəyə başlayacağıq”. Filippin Prezidenti əlavə edib ki, xəbərdarlıq qəti, lakin dostcasına səsləndirilib.

Xatırladaq ki, Çin, Yaponiya, Vyetnam və Filippinin Cənubi Çin və Şərqi Çin dənizlərində məsuliyyət zonaları və dəniz sərhədləri üzrə fikir ayrılıqları var. Çin hesab edir ki, Filippin və Vyetnam regionda gərginliyin eskalasiyası üçün ABŞ-ın dəstəyindən bilərəkdən istifadə edir. Haaqada üçüncü məhkəmənin daimi palatası 2016-cı ilin iyulunda Filippinin iddiası üzrə verdiyi qərara əsasən, Çinin Cənubi Çin dənizinə ərazi iddiaları üçün əsası yoxdur. Məhkəmə qərara alıb ki, Spratli (Nanşa) arxipelaqının mübahisəli əraziləri adalar deyil və müstəsna iqtisadi zona formalaşdırmır. Çin arbitraj məhkəməsinin qərarını tanımayıb.

DİGƏR XƏBƏRLƏR

Top