Bu gün Daşkəsəndə qasırğa olub - AÇIQLAMA

Mayın 19-da, saat 13.30 radələrində Daşkəsən rayonu ərazisində baş vermiş güclü külək, qasırğa nəticəsində bina və evlərə, o cümlədən Daşkəsən şəhərinin yaşayış və inzibati binalarının dam örtüklərinə və rayonun elektrik, rabitə təsərrüfatına, minik avtomobillərinə ziyan dəyib. Daşkəsən rayon İcra Hakimiyyətindən "Yeniavaz.com" saytına verilən məlumata görə, Daşkəsən şəhərindəki İ.Qayıbov küçəsi 30 və 30 a ünvanlarında yerləşən 5 mərtəbəli, S.Vurğun küçəsi 24a ünvanında yerləşən 2 və 5 mərtəbəli yaşayış binalarının dam örtüklərinə ciddi ziyan dəyib, bəzilərinin dam örtüyü tamamilə sıradan çıxıb. 10-dan artıq elektrik dirəyi, 300 paqonmetrdən artıq elektrik kabeli, 3 rabitə dirəyi, 100 paqonmetrdən artıq rabitə kabelinin də sıradan çıxdığı bildirilir. Həmin binaların sakinləri tərəfindən ambulator müayinə üçün Mərkəzi Rayon Xəstəxanasının təcili yardım xidmətinə müraciətlər daxil olub.

Faktlarla bağlı aidiyyəti qurumlara məlumat verilib.

Dəymiş ziyanın həcminin müəyyənləşdirilməsi üzrə işlər aparılır.

Daxili imkanlar hesabına dəymiş ziyanın aradan qaldırılması üzrə müvafiq tədbirlər görülür.

Vüqar Nəbiyev

DİGƏR XƏBƏRLƏR

Top