Xocalı soyqırımının Rusiya Dövlət Dumasında tanınması ilə bağlı PETİSİYA: İMZA AT, DƏSTƏK OL

Xəbər verildiyi kimi, Rusiyanın tanınmış siyasi təhlilçisi Oleq Kuznetsov Xocalı soyqırımının cinayət kimi tanınması ilə bağlı Rusiya Dövlət Dumasının üzvlərinə ünvanlanmış petisiya tərtib edib. "Yeniavaz.com" xəbər verir ki, sənədə hazırda 19 min 200 şəxs imza atıb. Ona Dövlət Dumasının reaksiya verməsi üçün ən azı 25 min imzaya ehtiyac var.

Petisiyada 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda dinc sakinlərə qarşı amansız cinayətin törədildiyi, bunun hazırda Ermənistan hakimiyyətində təmsil olunan şəxslər tərəfindən gerçəkləşdirildiyi vurğulanır. Nəticədə 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla ümumilikdə 613 nəfərin qətlə yetirildiyi, 56 nəfərin həyatına xüsusi amansızlıqla son qoyulduğu, 150 nəfərin itkin düşdüyü, 1275 nəfərin əsir götürüldüyü, 487 nəfərin yaralandığı diqqətə çatdırılır.

Sənəddə o da vurğulanır ki, insanlığa qarşı böyük terror aktını bır sıra dünya dövlətləri soyqırımı cinayəti kimi tanıyıb. Eyni addımın Rusiyanın Dövlət Duması tərəfindən atılmasının vacibliyi əsaslandırılır.

Bir vətəndaş olaraq bu linkdə yer alan petisiyaya imza atmaq, bununla əlaqədar müvafiq təbliğat işləri aparmaq, Xocalı soyqırımına hüquqi qiymətin verilməsi istiqamətində həyata keçirilən tədbirlərə dəstək göstərmək hər birimizin borcudur.

DİGƏR XƏBƏRLƏR

Top