Almaniya Parlamenti miqrasiya qanunvericiliyini sərtləşdirdi

Almaniya Parlamenti miqrasiya haqqında qanunvericilikdə yeni düzəlişləri qəbul edib. “Yeniavaz.com”un RT-yə istinadən verdiyi məlumata görə, yeni düzəlişlərə əsasən, sığınacaq tələbi qəbul edilməyən miqrantlar sürətli qaydada deportasiya olunacaqlar. Bundan başqa, Miqrasiya Xidmətinin ölkəyə gəlmiş qaçqınları izləmə imkanları artırılıb. Qeyd edilir ki, artıq Miqrasiya Xidmətinin sənədləri olmayan miqrantların mobil telefondakı məlumatlarına girişinə icazə verilir. Əgər miqrantlar təhlükəli hesab edibsə, onların həbsdə saxlanılma müddəti 4-dən 10 günədək artırılıb. Digər tərəfdən, ayrı-ayrı şəxslər elektron bilərziklər vasitəsilə izlənilə bilər.

DİGƏR XƏBƏRLƏR

Top