10 ən təhlükəsiz avtomobil

“Euro NCAP” komitəsinin ekspertləri ən təhlükəsiz avtomobillərin reytinqini tərtib edib. “Yeniavaz.com”un “İzvestiya” qəzetinə istinadən verdiyi məlumata görə, nəqliyyat vasitələri qəza sınaqlarının keçirilməsindən sonra bir neçə meyarlar üzrə qiymətləndirilib. Sınaqdan keçirmə prosesi 9 il ərzində davam edib. Nəticədə 10 ən təhlükəsiz avtomobilin siyahısı tərtib edilib. Siyahıya “Honda Insight” avtomibili başçılıq edir. Reytinqdə ikinci və üçüncü yerləri müvafiq olaraq “BMW 5-Series” və “Chevrolet Aveo” tutublar. İlk beşliyə, həmçinin “Volvo V40” və “Qoros 3 Sedan” daxil olub. Sonrakı yerləri ardıcıllıqla “Mercedes-Benz V-Class”, “Volvo XC90”, hibrid “Toyota Prius” və “Volvo V90/S90” tutublar.

DİGƏR XƏBƏRLƏR

Top