Rusiya vətəndaşı Gürcüstanın 1,5 milyon dollarını mənimsəyib

Rusiya vətəndaşı İqor Volkov və Gürcüstan sakini Marqarita Jiznevskaya ölkə sakinlərinin 1,5 milyon dollarını mənimsəməkdə günahlandırılırlar. "Yeniavaz.com"un sputnik-georgia.ru-ya istinadən verdiyi məlumata görə, bu barədə Gürcüstan Maliyyə nazirliyi istintaq xidmətinin yaydığı məlumatda deyilir. Məlumatda qeyd edilir ki, Volkov və Jiznevskaya Gürcüstanda qeydə alınan "Emefiks broker corcia" və "Emefiks qrupp"un sahibi olublar. Onlar həmçinin Belizdəki offşor zonada qeydə alınan "Masterservices inc" kompaniyasını idarə ediblər. 2014-2017-ci ildə bu kompaniyalar Gürcüstan vətəndaşlarına MFX Captal proqramını maliyyələşdirməyi təklif ediblər və əvəzində hər ay yüksək faiz ödəyəcəklərini bildiriblər. Amma onlar öz vədlərini yerinə yetirməyərək 105 nəfərin pulunu mənimsəyiblər. Hazırda Volkov və Jiznevskaya Gürcüstandan kənardadırlar və istintaqdan gizlənirlər. Hər iki şəxsə qarşı qrup şəklində vətəndaşların böyük həcmdə pulunu mənimsəməyə görə cinayət işi qaldırılıb. İndi Volkovu və Jiznevskayanı 7-11 il həbs cəzası gözləyir.

DİGƏR XƏBƏRLƏR

Top