Tovuzda naməlum heyvan skeleti tapılıb-VİDEO

Tovuzun İbrahim Hacılı kənd sakini Mürvət Quliyev həyətyanı sahədən bölgənin faunasına xas olmayan heyvan skeleti tapıb. Kənd sakinləri qalıqların hansı heyvana məxsus olduğunu bilmirlər. Heyvanın uzun dişi və caynaqları var. Ölçüsü kiçik olsa da, arxa ayaqları qısadır. Bu da onu deməyə əsas verir ki, bu heyvan tullanmağı da bacarıb. Bir çoxları onu yenot və ya dələyə də bənzədirlər. Mürvət Quliyev deyir ki, gün ərzində eşidənlər gəlib skeletə baxır. Amma hələ ki, heç kim onun hansı heyvanın skeleti olduğunu müəyyənləşirə bilməyib.ARB TV

skelet

DİGƏR XƏBƏRLƏR

Top